Mis.Az - Son Xeberler
Saat 10:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağış, Kəlbəcər, Laçın, Qubadlının yüksək dağlıq ərazilərinə isə qar yağır. Lənkəran-Astara bölgəsində yağıntılar leysan xarakterlidir.
Mis.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Düşən yağıntının miqdarı Astarada 20, Lənkəranda 16, Şamaxı, Cəlilabad, eyni zamanda Bakı və Abşeron yarımadasında 2, Qəbələ, Qobustan, Xızı, Quba, Yardımlı, Biləsuvar, Sabirabad, Xaltan, Şabran, Şuşa, Xankəndi, Xocavənd, Xocalı, Füzulidə 1 mm-dir.
Daşkəsən, Ağdam, Sarıbaş (Qax), Kişçay (Şəki), Şamaxı, Qrız, Xaltan, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 5-i gündüzədək davam edəcək.
Ana Sehife