Mis.Az - Son Xeberler
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Rayonun icra başçısı İslam Rzayevin və bir neçə rəsmi şəxsin saxlanıldığı bildirilir.
Mis.az saxlanılan icra başçısı ilə bağlı maraqlı məlumat əldə edib. Məlum olub ki, İslam Rzayevin bir neçə qohumu yüksək vəzifələrdə çalışır. Onlardan biri də Maliyyə nazirinin müşaviri Elman Mehdiyevdir. Elman Mehdiyev İslam Rzayevin bacısı oğludur.
O, 2019-cu ildə keçmiş nazir Samir Şərifovun müvafiq əmri ilə Maliyyə nazirinin müşaviri təyin edilib.
Xatırladaq ki, Elman Mehdiyev 2016-cı ilin iyuluna kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) direktoru olub. Sabiq nazir Səlim Müslümovun qəzəbinə tuş gələn Elman Mehdiyev işdən çıxdıqdan sonra Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında müəllim kimi fəaliyyət göstərib.
Qeyd edək ki, bu barədə ilk məlumatı "Sfera.az" saytı yayıb.
Zauf Əliyev / Mis.az
Ana Sehife