Mis.Az - Son Xeberler
Astarada hamilə qadının toyundan sonra ölməsinin ilkin səbəbi açıqlanıb.
Mis.az xəbər verir ki, bu barədə TƏBİB-dən Report-un sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 28-i saat 22:00 radələrində 2008-ci il təvəllüdlü qadın Astara Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentə 29 həftəlik hamiləlik, ölü döl, köndələn vəziyyət, anuriya, kəskin ağciyər, ürək və böyrək çatmazlığı, toksik ensefalopatiya, septiki şok diaqnozu təyin olunub. Müalicəsi Reanimasiya şöbəsində davam etdirilib və süni tənəffüs cihazı ilə təmin olunub.
"Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 06:00 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə təhvil verilib".
11:49
Astarada dünən toyu olan gəlin bu gün ölüb.
Mis.az APA-ya istinadən xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ.nin dünən Deqədi kəndində şadlıq saraylarından birində toyu olub.
Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Ana Sehife