Mis.Az - Son Xeberler
Bildiyiniz kimi, Rusiyaya vizasız getmək hüququ olan xarici vətəndaşlardan ölkəyə giriş üçün QR kodu tələb olunur. Bəs 30 iyundan etibarən qüvvəyə minən qaydalar Rusiyaya gediş-gəliş prosesini necə təsir göstərir?
Turizm eksperti Cabir Dövlətzadə Mis.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ukraynada davam edən müharibəsi təbii ki, ölkəni təhlükəsizlik qaydalarını daha da sərtləşdirməyə məcbur edir:
"Bu isə öz növbəsində Rusiyaya gedən turist axınında müəyyən azalmaya səbəb olacaq və ilin sonuna doğru bu tendensiya daha aydın şəkildə özünü göstərəcək".
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife