Mis.Az - Son Xeberler
Bu il oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 528,1 milyon manat təşkil edib.
Mis.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.
Bildirilib ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,5 % azdır.
Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 17,6 %, son 1 ildə isə 10 % artıb.
Sentyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət avqustun sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il sentyabrın sonuna isə 1,7 % olub.
Ana Sehife