Mis.Az - Son Xeberler
Noyabrın 17-dən 2025-2026-cü tədris ili üzrə ümumi təhsil müəssisələrində beşgünlük payız tətili başlayacaq.
Mis.az Sfera.az-a istinadən xəbər verir ki, payız tətili 17-21 noyabr tarixlərini əhatə edəcək.
22-23 noyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün dərslər 24 noyabr tarixindən başlayacaq.
Bu tətil ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil ediləcək.
Ana Sehife