Mis.Az - Son Xeberler
Azərbaycana yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı 1 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad olacaq. Bəs bu avtomobillərin qiymətinə necə təsir göstərəcək?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Mis.az-a açıqlamasında bildirib ki, yanvar ayının birindən ölkəmizə idxal olunan yeni hibrid avtomobillərə tətbiq olunmuş güzəştlər ləğv edilərsə, təbii ki, belə avtomobillərin qiyməti təxminən 20 faiz civarında yüksələ bilər:
"İdxal olunan yeni hibridlərin qiyməti yüksələcəksə, ölkəmizdə daxili bazarda satılan hibrid avtomobillərin də qiyməti yüksələcək. Təbii ki, bunun zəncirvari effekti olacaq. Həm benzin mühərrikli, həm dizel mühərrikli avtomobillərin də qiyməti yüksələ bilər".
Ekspertin fikrincə, bu halda insanların köhnə avtomobillərə marağı yenidən arta bilər ki, bu da ikinci əl avtomobil bazarının yenidən fəallaşması ilə nəticələnəcək.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife