Mis.Az - Son Xeberler
Son dövrlər ölkədə vergi dərəcələrinin artırılması gündəmdədir. Vergilərin yüksəldilməsi sahibkarlar, işçilər və ümumilikdə iqtisadi fəaliyyət üçün yeni reallıqlar yarada bilər.
İqtisadçı ekspert Günay Hüseynova Mis.az-a açıqlamasında bildirib ki, bu baş verərsə, inflyasiya sürətlənə, qiymətlərdə isə artımlar ola bilər:
"Qeyri-rəsmi işçi işlətmək halları daha da geniş vüsət alacaq. Bundan əlavə, vergidən yayınaraq satışların həyata keçirilməsi də artacaq. Mövcud vəziyyətdə belə halların olduğunu bilirik. Nə qədər monitorinqlər aparılsa da, təəssüf ki, bu hallar tam aradan qalxmayıb. Vergi dərəcələrinin artırılması isə bu kimi halların daha da yayılmasına şərait yarada bilər".
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife