Mis.Az - Son Xeberler
ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşməsi ilə bağlı müzakirələr tamamilə aradan qalxmayıb.
Mis.az xəbər verir ki, Ağ Evin mətbuat katibi Karolin Livit belə açıqlama verib. O bildirib ki, Tramp Rusiya və Ukraynanın müharibəyə son qoymaq məsələsində irəliləyişin olmamasından məyusdur. ABŞ-nin iki Rusiya neft şirkətinə tətbiq etdiyi sanksiyalara toxunan Livit bildirib ki, Tramp lazım bildiyi zaman Moskvaya qarşı addım ata biləcəyini nümayiş etdirib.
O, Trampın müharibəyə son qoymaq üçün Putinlə görüşmək istədiyini, lakin bu görüşün konkret nəticələr verməli olduğunu qeyd edib.
Ana Sehife