Mis.Az - Son Xeberler
Bakıda II İslam Maliyyə Forumu (İMF-2025) keçirilib.
Mis.az xəbər verir ki, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (SER) təşəbbüsü, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dəstəyi, Azərbaycan Respublikası Mərkəzi Bankının, AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM), AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Türkiyə Katılım Bankalar Birliyinin (TKBB), AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Unec İslam İqtisadiyyatı və Maliyyəsi Tədqiqat Mərkəzi, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) və MÜSİAD Azərbaycanın birgə tərəfdaşlığı ilə İslam Maliyyə Forumu keçirilib.
Keçən ildən başlayaraq hər il keçirilməsi planlaşdırılan bu Forumun əsas məqsədi İslam maliyyəsi sahəsində müasir çağırışları, investisiya imkanları və inkişaf perspektivlərini sektorun ekspertlərilə müzakirə etməkdir. Tədbirdə 300-dən çox şəxs iştirak edib.
Tədbirin fəxri qonaqları sırasında Türkiyə Prezidentinin İnvestisiya və Maliyyə İdarəsinin (CBYFO) aparıcı şəxsi və Kuveyt Türk İslam bankının qrup müdiri də yer alıb.
Ana Sehife