Mis.Az - Son Xeberler
Son illər avtomobil bazarında Çin istehsalı olan modellərə maraq xeyli artıb. Müasir dizayn, texnoloji yeniliklər və münasib qiymət alıcıların bu avtomobillərə yönəlməsinə səbəb olur. Bəs alıcılar Çin avtomobillərindən başqa daha çox hansı avtomobillərə üstünlük verirlər?
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına (AADA) sədri Eyyub Əliyev Mis.az-a açıqlamasında bildirib ki, hazırda bazarda yeni Yapon və Koreya avtomobilləri də lider mövqedədir:
"Əgər premium avtomobillərdən danışsaq, sözsüz ki, Alman avtomobilləri ön plandadır və daha bahalıdır. Amma orta və bir qədər yuxarı qiymətdə Koreya və Yaponiya avtomobilləri bu gün bazarda sevilə-sevilə satılır".
E.Əliyev qiymətlərdən də danışıb:
"Koreya avtomobillərinin qiyməti hazırda 30 mindən aşağı deyil, satılan modellərin əksəriyyəti 30 minin üzərindən başlayır. Yapon avtomobillərinə baxsaq, onların da qiyməti təxminən 35-40 mindən başlayır. Yəni bu avtomobillərin də qiyməti kifayət qədər yüksəkdir".
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife