Mis.Az - Son Xeberler
Amerikalı məşhur rejissor Kventin Tarantino mükəmməl hesab etdiyi filmləri açıqlayıb.
Mis.az xarici KİV-ə istinadən xəbər verir ki, Tarantinonun “tam mükəmməl” adlandırdığı ekran əsərləri sırasında Tobe Hooper-in “The Texas Chainsaw Massacre” (1974), Stiven Spilberqin “Jaws” (1975), Uilyam Fridkinin “The Exorcist” (1973), Vudi Allenin “Annie Hall” (1977), Mel Bruksun “Young Frankenstein” (1974) və Robert Zemeckisin “Back to the Future” (1985) filmləri yer alır.
O, həmçinin Sam Pekinpahın 1969-cu ildə çəkdiyi “The Wild Bunch” filmini də siyahıya daxil etməyi düşünüb. Lakin daha sonra bu fikrindən daşınıb. Tarantino bildirib ki, həmin filmin müəyyən qüsurları olsa da, məhz bu cəhətlər onun möhtəşəmliyinin bir hissəsidir.
Ana Sehife