Mis.Az - Son Xeberler
"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda səfərdə "Atletik" (Bilbao, İspaniya) ilə qarşılaşıb.
Mis.az-ın məlumatına görə, "San Mames" stadionunda reallaşan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
***
22:33
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.
Mis.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda meydan sahibləri hesabdakı üstünlüklərini bir qədər də möhkəmləndiriblər.
88-ci dəqiqədə Qorka Quruseta dubl müəllifi olub.
***
22:17
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
Mis.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar - 2:1.
70-ci dəqiqədə Robert Navarro fərqlənib.
***
21:50
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.
Mis.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.
***
21:34
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.
Mis.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.
Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.
***
21:28
UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab bərabərləşib.
Mis.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda meydana sahibləri "status-kvo"nu bərpa edib - 1:1.
40-cı dəqiqədə Qorka Quruseta adını tabloya yazdırıb.
***
20:49
UEFA Çempionlar Liqasının əsas mərhələsinin IIII turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab açılıb.
Mis.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda qonaqlar hesabı açıblar.
1-ci dəqiqədə Leandro Andrade fərqlənib.
***
20:45
İspaniyada "Atletik" (Bilbao) və "Qarabağ" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.
Mis.az-ın məlumatına görə, matç "San Mames" stadionunda keçirilir.
Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.
Ana Sehife