Mis.Az - Son Xeberler
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə ona 4 aylıq ev dustaqlığı cəzası verilib.
Mis.az unikal.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyev məhkəməyə gedə bilməyib. Bu səbəbdən məhkəmə prosesi onlayn keçirilib.
Xatırladaq ki, Ramiz Mehdiyevin 87 yaşı var. Sabiq PA rəhbəri Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama), 274-cü (dövlətə xəyanət), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Ana Sehife