Mis.Az - Son Xeberler
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mis.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Göyçay rayonunun Dövranlı kəndi ərazisində qeydə alınıb.
VAZ-2199 markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb. Nəticədə sürücü, 61 yaşlı Habil Talıbov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Ana Sehife