Mis.Az - Son Xeberler
Avtomobil yollarında bəzən qəza və ya başqa maneə olmadığı halda uzun tıxacların yaranması müşahidə olunur.
Mis.az-ın məlumatına görə, mütəxəssilər bu halı “gizli tıxac” və ya “tıxac dalğası” adlandırır. Belə ki, sözügedən tıxac vəziyyət sürücülərin xırda sürət dəyişikliklərindən qaynaqlanır. Avtomobillər bir-birinə təxminən 30–35 metr yaxın olduqda, ön maşının yüngül yavaşlaması arxadan gələnlərin daha sərt əyləcləməsinə səbəb olur. Bu dalğa effekti isə kilometrlərlə geriyə yayılaraq hərəkəti dayanma həddinə gətirə bilir.
Araşdırmalar göstərir ki, bu dalğaların uzunluğu 2,5–5 kilometr, davametmə müddəti isə 4–20 dəqiqə arasında dəyişir. Belə tıxaclar əsasən magistral yollarda, birləşmə yerlərində və heç bir maneənin olmadığı sahələrdə yaranır.
Mütəxəssislər hesab edir ki, gizli tıxacların tam qarşısını almaq mümkün olmasa da, düzgün sürücülük vərdişləri ilə təsirini azaltmaq olar. Avtomobillər arasında kifayət qədər məsafə saxlamaq, qəfil əyləcdən yayınmaq və sabit sürəti qorumaq bu baxımdan mühüm rol oynayır.
Ana Sehife