Mis.Az - Son Xeberler
Xəbər verildiyi kimi, İstanbulda narkotik istifadəsini təbliğ etmək ittihamı ilə keçirilən əməliyyat zamanı bir sıra tanınmış şəxslər polis tərəfindən saxlanılıb.
Mis.az xəbər verir ki, saxlanılanlar arasında müğənni Hadisə Açıkgöz də olub. İfadə verdikdən sonra ondan qan və saç nümunələri götürülüb.
Hadisə sosial şəbəkə hesabında paylaşım edərək bu axşam Ankarada baş tutacaq konsertini təxirə salmadığını bildirib:
“Baş verənlərə mən də sizin kimi təəccübləndim. Şükürlər olsun ki, hər şey artıq geridə qaldı. Bu axşam bütün qəlbimlə Ankaradayam”.
Ana Sehife