Mis.Az - Son Xeberler
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Mis.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Bildirilib ki, "Neftçi"nin qapıçısı Nurəziz Əzizov Avropa çempionatının seçmə mərhələsində Fransa yığması ilə keçiriləcək oyunöncəsi məşqdə zədələndiyi üçün U-17-nin heyətindən çıxarılıb.
Onun əvəzinə "Marcet"in (İspaniya) üzvü Ramal Qəmbərov millinin düşərgəsinə qoşulub.
Qeyd edək ki, U-17 bu gün seçmə mərhələnin ilk oyununda Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Görüş Kapbreton şəhərində yerləşən "Bourret" stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Ana Sehife