Mis.Az - Son Xeberler
Ermənistanda Müdafiə Nazirliyinə məxsus “UAZ” markalı avtomobil qəzaya uğrayıb.
Mis.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, hadisə Mehri–Sisian avtomobil yolunda baş verib.
Qəza nəticəsində 6 hərbçi və 1 tibb bacısı xəsarət alıb, hərbçilərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.
Hadisənin təfərrüatları və qəzanın səbəbləri araşdırılır.
Ana Sehife