Mis.Az - Son Xeberler
Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Mis.az xəbər verir ki, xəbər verir ki, iclası giriş sözü ilə açan VK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə də baxılıb. İclasda Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirəyə çıxarılıb, müvafiq qərarlar qəbul edilib.
Rəyasət Heyətinin yekun qərarı ilə yol verdikləri intizam pozuntularına görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 vəkilə xəbərdarlıq edilib və 1 vəkilə isə töhmət verilib.
Ana Sehife