Mis.Az - Son Xeberler
"Mançester Yunayted" Ruben Amorimlə yollarını ayırarsa, Xavi Hernandezlə razılığa gələ bilər.
Mis.az xəbər verir ki, keçmiş ispan futbolçu Gaizka Mendieta belə açıqlama verib. "Goal.com"da dərc edilən xəbərə görə, o, Xavinin "Mançester Yunayted"in iddialı layihəsinə razılıq verə biləcəyini ifadə edib.
Qeyd edək ki, bundan əvvəl Xavi Hernandezin "Mançester Yunayted"də işləmək istədiyi barədə xəbərlər dərc edilmişdi. "Mançester Yunayted"in İngiltərənin keçmiş baş məşqçisi Qaret Sautqeytin də xidmətində maraqlı ola biləcəyi iddia edilib. Həmçinin, klub əfsanələri Maykl Karrik və ya Roy Kinin müvəqqəti olaraq bu vəzifəyə təyin oluna biləcəyi ilə bağlı iddialar irəli sürülüb.
Ana Sehife