Mis.Az - Son Xeberler
"Bu gün şükürlər olsun, gözəl qalibiyyət əldə olundu. Baxmayaraq ki, qarşımızdakı "Kopenhagen" idi. Futbolçularımız çəkinmədilər. Həddindən artıq mübarizə apardılar. Xüsusən 2-ci hissədə. Bu cür mübarizə aparmaq bizə qarşıdakı oyunlarda da kömək olacaq. Təbrik edirəm. Rəqiblə də oyundan əvvəl danışdıq yaxşı işlər görürlər. Pozitiv komanda idi başda baş məşqçiləri olmaqla".
Mis.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının liqa mərhələsinin II turunda "Kopenhagen"i məğlub etdikdən sonra keçirilən mətbuat konfransında bildirib.
Qurban Qurbanov ötən il klubun uğurlarından da danışıb:
"Bəlkə hamıda bu inam olmaya bilərdi. Amma məndə bu inam həmişə olub. Keçən il bizim Avroliqanın qrupunda da çox yaxşı oyunlarımız oldu. Onda da məndə inam var idi ki, biraz daha bərk olsaq daha yaxşı nəticə əldə edə bilərik. Nəhayət, göstəricilərimiz çox faydalıdır. Mən həmişə inamla futbolçularıma yanaşıram və onlara inamlı olmağı tövsiyə edirəm. Bu olmasa oynamaq olmaz. Bəlkə 6 xal gözləməzdim, amma inanırdım".
O, Elvin Cəfərquliyev oyunun ən yaxşısı seçilməsindən məmnun olduğunu bildirib:
"Həm mənim komandamdan, həm də azərbaycanlı birinin seçilməsinə mən ancaq sevinirəm. Elvin heç də rahat oyunçu deyil, onda biraz stabillik çatışmır. Amma son oyunlar bəlkə də biraz özü də ciddiləşib, ya da mən onunla ciddi rəftar edirəm. Amma ona bel bağlamaq olmaz. Hamımız ehtiyatlı olmalıyıq. İstənilən an öz bacarığından, qabiliyyətindən aşağı çıxış edə bilər. Amma lazımdır ki, məsuliyyətini dərk etsin. Bəlkə bunun üçün bir neçə il vaxt lazımdır. Amma biz bir neçə il gözləsək, işlərimiz yaxşı olmaz. Amma əminliklə deyirəm ki, Elvinin potensialı hələ bu deyil. Bundan daha artığıdır.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife