Mis.Az - Son Xeberler
“Bolt” taksi sifarişi proqramında yeni kateqoriya – “video-müşayiət” istifadəçilərin diqqətini cəlb edib.
“Bolt”dan Mis.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu xidmət ilk dəfə olaraq Azərbaycanda təqdim olunub və bir çox funksiyaları özündə birləşdirir.
Belə ki, bu kateqoriyadan sifariş verən sərnişinlər üçün səfər zamanı audio və video yazı aparılacaq, real vaxtda onlayn agent dəstəyi göstəriləcək. Həmçinin yaxınları üçün taksi sifariş edən sərnişinlərə əlavə rahatlıq və nəzarət imkanı yaradılacaq.
Qeyd olunub ki, yeni kateqoriya xüsusilə təhlükəsizlik baxımından əlavə təminat istəyən istifadəçilər üçün nəzərdə tutulub.
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife