Mis.Az - Son Xeberler
Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununa biletlərin əksəriyyəti satılıb.
Mis.az xəbər verir ki, bilet satışı bu gün, saat 15:00-da start götürüb. Artıq 5, 10 və 30 manatlıq biletlər tam tükənib.
Standart qiymətlər 5, 10, 30, 40, 50, 75 manat, VIP sektorlar üçün 150, 200, 250, VIP sektorlar üçün 500 manatdır.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.
Ana Sehife