Mis.Az - Son Xeberler
Bu gün ölkəmizin ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına start veriləcək.
Mis.az xəbər verir ki, yarışların ilk günü Qəbələ Olimpiya İdman Kompleksində stolüstü tennis üzrə mübarizə başlayacaq. Azərbaycanı bu idman növündə Adil Əhmədzadə, Onur Quluzadə, Rüstəm Hacılı, Mərziyyə Nurmətova, Aylin Əsgərova və Yağmur Məmmədli təmsil edəcəklər. Stolüstü tennis yarışlarına sentyabrın 29-da yekun vurulacaq.
Ümumilikdə 13 ölkədən 1624 idmançı və 2337 nümayəndənin qatıldığı oyunlar 23 idman növü üzrə 12 məkanda keçiriləcək. Azərbaycanı 340 idmançı təmsil edəcək.
III MDB Oyunları Azərbaycanın yeddi şəhərində – Gəncə, Mingəçevir, Yevlax, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Açılış mərasimi sentyabrın 28-də, bağlanış tədbiri isə oktyabrın 8-də Gəncə Şəhər Stadionunda baş tutacaq.
Ana Sehife