Mis.Az - Son Xeberler
Hazırda Həzi Aslanov stansiyasının dalan hissəsində əsaslı yenidənqurma işləri aparılır.
Mis.az-ın məlumatına görə, bunu bu gün Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.
"2002-ci ildən istismarda olan bu hissə geoloji şərait və uzunmüddətli istifadə səbəbindən yararsız vəziyyətə düşmüşdü. İndi tamamilə sökülərək yenidən qurulur, əsaslı təmir işləri aparılır. Tavan hissəsi gücləndiriləcək. İşlərin 2026-cı ilin sonuna qədər tamamlanması nəzərdə tutulur", - deyə o qeyd edib.
Sevincİbrahimzadə / Mis.az
Ana Sehife