Mis.Az - Son Xeberler
AFFA İntizam Komitəsi "Sabah", "Qarabağ" və "Araz-Naxçıvan" klublarını cərimələyib.
Mis.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
21 sentyabr 2025-ci il tarixində keçirilən “Araz-Naxçıvan” “Qarabağ” oyununda “Araz-Naxçıvan”ın 5 nömrəli futbolçusu Slavik Alxasov ikinci sarı vərəqədən qırmızı alaraq bir oyunluq cəzaya məruz qalıb. Komanda bu səbəbdən 500 manat cərimə edilib.
Eyni oyunun 60-cı dəqiqəsində “Qarabağ” azarkeşləri rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyi üçün klub 5000 manat cərimə olunub.
Bundan əlavə, 20 sentyabrda “Sabah” – “Turan Tovuz” görüşündə Təcili Tibbi Yardım avtomobilinin təyin edilmiş vaxtdan gec gəlməsi səbəbindən “Sabah” klubu 2000 manat cərimə edilib.
Bu tədbirlər liqa qaydalarının pozulmasının qarşısını almaq və idman mühitində nizam-intizamı qorumaq məqsədi daşıyır.
Ana Sehife