Mis.Az - Son Xeberler
2030-cu ilə qədər metroda 10 yeni stansiya tikiləcək
Mis.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib. Dövlət proqramına əsasən, 2030-cu ilə qədər Bakı Metropolitenində 10 yeni stansiyanın inşası nəzərdə tutulub. Onlardan dördünün yeri artıq müəyyənləşdirilib və hazırda tikinti işləri davam etdirilir.
Onun sözlərinə görə, Bənövşəyi xətt üzrə planlara əsasən, Nizami stansiyası yaxınlığında Yaşıl xətlə birləşmə stansiyası, Sahil stansiyası yaxınlığında Qırmızı xətlə keçid funksiyasını daşıyacaq stansiya, Port Baku ərazisinin yaxınlığında yeni stansiya, həmçinin Xətai stansiyası yaxınlığında Yaşıl xətlə keçid stansiyası tikiləcək. Bundan başqa, Babək prospektində də yeni stansiyanın inşası planlaşdırılır. Hazırda Bənövşəyi xətt üzrə dörd stansiya istifadəyə verilib. Daha altı stansiyanın tikintisi ilə 2030-cu ilədək bu xətdə ümumilikdə 10 stansiya fəaliyyət göstərəcək. Həmin vaxta qədər Xocasən deposunun da inşası başa çatdırılmalıdır.
Məmmədov əlavə edib ki, Yaşıl xətt üzrə də genişləndirmə nəzərdə tutulur. Belə ki, Xətai stansiyasından sonra Nizami Gəncəvi parkı yaxınlığında yeni stansiya, NZS qəsəbəsinə doğru – 8 Noyabr prospektindən dönən ərazidə stansiya, “Nargilə” kimi tanınan ərazidə yeni stansiya, həmçinin “Həzi Aslanov-2” adlanan stansiyanın inşası planlaşdırılır. Bu stansiyaların da tikintisi 2030-cu ilədək başa çatdırılmalıdır.
Ana Sehife