Mis.Az - Son Xeberler
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,76 ABŞ dolları və ya 2,53 % artaraq 71,22 ABŞ dollarına yüksəlib.
Mis.az xəbər verir ki, bu barədə neft bazarındakı mənbə məlumat yayıb.
Hərracların nəticələrinə əsasən, “Brent” markalı neftin noyabr fyuçerslərinin qiyməti 68,41 ABŞ dolları təşkil edib.
Bundan başqa, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,73 ABŞ dolları və ya 2,55 % artaraq 69,65 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları nəzərdə tutulub.
Xatırladaq ki, “Azeri Light” markalı Azərbaycan neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycan nefti əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil olunur və SOCAR-ın layihədəki payı 31,65 % təşkil edir.
Ana Sehife