Mis.Az - Son Xeberler
BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahındaFələstin məsələsi ilə bağlı keçirilən konfransda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışızamanı diqqətçəkən hadisə baş verib.
Mis.az xəbər verir ki, Ərdoğanınçıxışının bir hissəsini eşitmək mümkün olmayıb. Ərdoğanın çıxışını zaldakıqonaqlara tərcümə edən tərcüməçilər də Ərdoğanın səsini eşitmədiklərini və bunagörə də tərcümə edə bilmədiklərini ifadə ediblər. Ərdoğanın çıxışıteleviziyalar vasitəsilə də canlı yayımlanıb. Eyni problem canlı yayımda damüşahidə edib. Türkiyə mediasının iddialarına görə, məsələ texniki problemdənirəli gəlməyib. Bunun Ərdoğana qarşı təxribat olduğu iddia edilsə də, rəsmi açıqlamada iddialar təkzib edilib.
Açıqlamada deyilir ki, qaydalara görə, çıxış müddəti 5 dəqiqə nəzərdə tutulub və bu vaxt yekunlaşdığı üşün səs dayandırılıb.
Ana Sehife