Mis.Az - Son Xeberler
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında, yunan-Roma güləşi üzrə 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov gümüş medal qazanıb.
Mis.az xəbər verir ki, o, həlledici görüşdə iranlı Səid Esmaili ilə mübarizə aparıb.
Rəqibinə minimal fərqlə (1:2) məğlub olan güləşçimiz növbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onun böyüklər arasında 3-cü (2 gümüş, 1 bürünc) DÇ medalı olub.
Bununla da yunan-Roma güləşçilərimizin mundialda medalların sayı 4-ə çatıb. Xatırladaq ki, daha öncə Ülvü Qənizadə (72 kq) qızıl, Eldəniz Əzizli (55 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medalı boynundan asıb.
Ana Sehife