Mis.Az - Son Xeberler
Bakının Əmircan kəndində köklü abadlıq işləri görülüb.
Bu barədə Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Əliyeva Mis.az-ın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, ilkin mərhələdə ərazi çirkab sularından təmizlənib:
"Kanalizasiya sistemi yeniləndi. Hazırda isə təmizləyici qurğu işə salınmaq üzrədir. İllərlə atılan məişət tullantıları təmizlənib. Növbəti mərhələdə isə digər dövlət qurumlarının təsdiqləyəcəyi layihə əsasında işlər davam etdiriləcək".
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife