Mis.Az - Son Xeberler
Bu gün Bakıda “Formula -1” üzrə Azərbaycan Qran-prisi start götürəcək.
Mis.az xəbər verir ki, 10 komandadan 20 pilotun iştirak etdiyi mötəbər yarış 6 kilometrlik Bakı Şəhər Halqasında keçirilir. 20 döngə və 51 dövrədən ibarət trek ümumilikdə 306 kilometr məsafəni əhatə edir. Start və finiş xətləri Azadlıq meydanında yerləşir.
Yarışın ilk günündə “Formula - 2” üzrə sərbəst yürüş və sıralama turu, “Formula -1” -də isə iki sərbəst yürüş təşkil olunacaq:
Paytaxtın simvolik məkanlarından keçən trek məşhur alman memar Hermann Tilke tərəfindən layihələndirilib. Yarış zamanı tamaşaçılar İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu mənzərəsini izləyə bilirlər.
Xatırladaq ki, Azərbaycan 2016-cı ildən Formula 1-ə ev sahibliyi edir. İlk yarış Avropa Qran-prisi adı ilə keçirilib və Niko Rosberq qalib olub. Sonrakı illərdə Daniel Rikkardo, Lyuis Hemilton, Valtteri Bottas, Serxio Peres, Maks Ferstappen və Oskar Piastri Bakıda qələbə qazanıblar. Yalnız 2020-ci ildə pandemiya səbəbindən Qran-pri baş tutmayıb.
Ana Sehife