Mis.Az - Son Xeberler
Qırğızıstanın Cəlal-Abad şəhərinin adıdəyişdirilir.
Mis.az xəbər verir ki, bu barədə Prezident Sadır Japarov qanunimzalayıb. Bubarədə Qırğızıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki,bundan əvvəl Qırğızıstan parlamentiCəlal-Abad şəhərinin adı dəyişdirilməsibarədə qərar qəbul edib. Bildirilir ki, şəhərə qırğız xalqının qəhrəmanlıqsimvolu olan “Manas” adı veriləcək. Vətəninazadlığını, müstəqilliyini hər şeydən uca tutan, müqəddəs ata yurdunu yadellilərinişğalından qorumaq üçün xalqı birliyə çağıran, torpaq sevgisini özündə yaşadan“Manas” dastanı əsrdən-əsrə, nəsildən-nəslə keçərək bu günümüzə gəlib çatıb.
Ana Sehife