Mis.Az - Son Xeberler
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda səfərdə oynayan “Qarabağ” "Benfika" ilə qarşılaşmada 3:2 hesabı ilə tarixi qələbə qazanıb.
Mis.az-ın məlumatına görə, oyun təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə də böyük maraqla izlənilib.
Sosial mediada türkiyəli azarkeşlərin “Qarabağ”ın qollarına sevinməsini əks etdirən görüntülər paylaşılıb.
“2:0 geridən gələrək “Benfika”nın stadionunda qələbə qazanmaq tarix yazmaqdır. Halal olsun! Azərbaycanlı qardaşlarımızı, “Qarabağ”ı dəstəkləyən hər kəsi təbrik edirik. Sizin qədər biz də qürur duyduq”, – deyə türkiyəli azarkeşlər oyundan sonra fikirlərini bölüşüblər.
Həmin görüntüləri təqdim edirik:
Sevinc İbrahimzadə / Mis.az
Ana Sehife