Mis.Az - Son Xeberler
Qırğızıstanın paytaxtı Bişkekdə zəlzələ baş verib, yeraltı təkanlar şəhərin bütün ərazilərində hiss olunub.
Mis.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Yeraltı təkanların müddəti təxminən iki-üç dəqiqə olub. Hazırda Qırğızıstan paytaxtında vəziyyət sakitdir.
Məlumatına görə, zəlzələnin maqnitudası 4,0 bal təşkil edir. Yeraltı təkanların episentri Bişkekdən 19 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 4 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Ana Sehife