Mis.Az - Son Xeberler
Pensiyaların ödənişi ilə bağlı daha konkret vaxt cədvəlinin hazırlanması təklif edilib.
Mis.az xəbər verir ki, bu təkliflə deputat Vüqar Bayramov çıxış edib. O bildirib ki, bəzən pensiyaçıların kredit və digər ödənişləri vaxtında etməsi üçün pensiyaların eyni tarixdə ödənilməsi vacibdir:
“Bu addım borcların gecikməsinin qarşısını alar və insanların sosial xərclərini planlaşdırmasını asanlaşdırar. Mövcud texnoloji imkanlar təkmilləşdirilərsə, pensiyalar paytaxt və bölgələr üzrə fərqli vaxtlarda deyil, eyni tarixdə tam şəkildə ödənilə bilər”, – deyə o qeyd edib.
Qeyd edək ki, hazırda pensiyalar ayın əvvəlində Bakı, Sumqayıt və Abşeronda, ayın sonunda isə digər bölgələrdə ödənilir.
Ana Sehife