Mis.Az - Son Xeberler
Rusiyada illik inflyasiya səviyyəsi 8,2%-ə enib.
Mis.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, həyata keçirilən pul-kredit siyasəti sayəsində 2025-ci ildə illik inflyasiyanın 6–7%-dək enməsi gözlənilir. 2026-cı ildə isə bu prosesin 4% səviyyəsinə qayıdacağı və sonrakı dövrlərdə hədəf göstəriciyə yaxın qalacağı proqnozlaşdırılır.
“İnflyasiyanın əksər sabit göstəriciləri illik hesablamada 4–6% diapazonunda qalır. Sentyabrın 8-nə olan qiymətləndirməyə görə, illik inflyasiya 8,2% təşkil edib”, – Rusiya Bankında bildirilib.
Xatırladaq ki, sentyabrın 12-də Rusiya Bankının Direktorlar Şurasının növbəti iclası keçirilib. İclasda inflyasiyanın azalması fonunda pul-kredit siyasəti müzakirə olunub. Əsas mövzu isə əsas faiz dərəcəsinin tənzimlənməsi olub. Şura üzvləri illik faiz dərəcəsinin 16–17%-dək azaldılması tədbirlərini müzakirə ediblər.
Ana Sehife