Mis.Az - Son Xeberler
İspaniya hökumətinin Qəzzadakı soyqırımlara görə İsrailə qarşı qərarından sonra iki ölkə arasında gərginlik müşahidə edilir.
Mis.az xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes İsrailə qarşı doqquz maddədən ibarət sanksiyalar tətbiq edildiyini açıqlayıb. Sançesin bəyanatında vurğulanıb ki, İspaniya hökuməti İsrail və Fələstinin mövcudluğunu şəkildə dəstəkləyir. Bundan əlavə, İspaniya İsraildən Qəzza və İordan çayının qərb sahilinin işğalına, fələstinli mülki əhaliyə qarşı zorakılığa və humanitar blokadaya son qoymasını tələb edir.
Qeyd edək ki, İspaniya Təl-Əvivdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Gərginlikdən sonra İsrail İspaniya baş nazirin müavini, əmək və sosial iqtisadiyyat naziri Yolanda Diaz və gənclər və uşaq naziri Sira Reqonun ölkəyə girişinə qadağa qoyulduğunu açıqlayıb.
Ana Sehife