Mis.Az - Son Xeberler
"Qalatasaray"ın istədiyi Hakan Çalhanoğlu ilə bağlı yeni iddia ortaya atılıb.
Mis.az xəbər verir ki, bu barədə "Milliyet" qəzetinin "Qalatasaray" üzrə müxbiri Nevzat Dindar açıqlama verib. O, “Şərtlər formalaşmayıb. "İnter" 30 milyon avro tələb edir, amma "Qalatasaray" bunu indi təklif edə bilməz. "Qalatasaray"ın hazırda prioriteti fərqlidir. Gələcəkdə yenidən nəzərdən keçirilə bilir, lakin hazırda uyğun zəmin yoxdur. Hakan Çalhanoğlu özü bu zəmin yaratmağa çalışacaq” - deyə bildirib.
Qeyd edək ki, Hakan Çalhanoğlunun "Qalatasaray"a transfer olmaq istədiyi barədə xəbərlər dərc edilmişdi.
Ana Sehife