Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
“Mançester Siti”nin futbolçusu İlkay Gündoğan klubdan ayrılmağa qərar verib.
Mis.az xəbər verir ki, Kevin De Bruynedən sonra Gündoğan da başqa kluba transfer olmaq istəyir. Məlumata görə, futbolçunun klubu ilə müqaviləsi 2026-cı ildə yekunlaşır. Futbolçu heyətdə intensiv yer almayacağını hesab edir və buna görə o forma şansı əldə edəcəyi klubda oynamaq istəyir. İngiltərə mətbuatında yer alan xəbərə görə, Gündoğan karyerasını Türkiyədə davam etdirə bilər. İddialara görə, futbolçu “Qalatasaray”a transfer olmağa razılıq verib. Bundan əvvəl, Kevin De Bruynenin də adı “Qalatasaray”la hallanmışdı.
İlkay Gündoğan bu mövsüm "Mançester Siti"nin heyətində 46 matçda iştirak edib və bu matçların 33-də ilk 11-də yer alıb. Futbolçu 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.