Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
"Qalatasaray"da icarə əsasında çıxış edən "Napoli"nin futbolçusu Viktor Osimhenlə bağlı yeni iddia ortaya atılıb.
Mis.az xəbər verir ki, “Napoli” futbolçunu istəyən klublar üçün endirim edib. İddialara görə, bundan əvvəl Osimhen üçün 75 milyon avro tələb edən “Napoli” transfer qiymətini 65 milyon avroya endirib. Məlumata görə, futbolçu ilə İngiltərə Premyer Liqa klubları və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu maraqlanır. Bildirilir ki, “Əl-Hilal”ın təklifi maddi baxımdan daha üstündür.
İddia edilir ki, “Napoli” tərəfi “Əl-Hilal”ın təklifini qəbul edə bilər. Lakin, transferin reallaşmasında Osimheni seçimi önəmlidir. "Qalatasaray" da forvardı heyətində saxlamaq istəyir. Viktor Osimhen bu mövsüm "Qalatasaray"ın heyətində 36 matçda 31 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.