Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
“Real Madrid”in transferinə razılıq verdiyi Rodriqo karyerasını İngiltərədə davam etdirə bilər.
Mis.az xəbər verir ki, futbolçu ilə bir sıra klublar maraqlansa da, iki Premyer Liqa nəhəngi daha üstündür. “The Sun”un xəbərinə görə, “Real Madrid” futbolçu üçün 100 milyon avro tələb edir. Məlumata görə, "Arsenal" və "Mançester Yunayted" yeni mövsümdə futbolçunu transfer etmək istəyir. İddialara görə, futbolçu özü də “Real”dan ayrılmaq istəyir. Braziliyalı cinah oyunçusu klubda ona qarşı rəftardan narazıdır.
O, “Real”da Mbappe, Vinisius və Jude Bellinqhemin daha nüfuzlu olduğunu hesab edir.