Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
6 aprel tarixində keçirilən imtahanlarında iştirakı nəzərdə tutulan 33382 nəfərdən 2205 nəfər imtahana gəlməyib.
Mis.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 8 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda ən yüksək nəticəni 288,6 bal toplayan Sumqayıt şəhəri, 5 saylı orta məktəbin 2024-cü il məzunu Əsədova Aytən Eynur qızı göstərib.
Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.