Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Müşahidə Şurasına üzv təyin olunub.
Mis.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə görkəmli teatr və kino aktyoru, Xalq artisti Fəxrəddin Manafov həmin vəzifəyə təyinat alıb.
Nazirin daha bir əmri ilə Heydər Əliyev Sarayının direktoru, rejissor, ssenari müəllifi İlham Qasımov da Şuraya üzv təyin edilib.
Qeyd edək ki, bununla da ARKA-nın nizamnaməsinə uyğun olaraq, 3 nəfər üzvdən ibarət Müşahidə Şurası formalaşdırılıb. Xatırladaq ki, kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şuranın sədri təyin edilib.