Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
İspaniyanın "Elçe" klubu çoxillik ənənəsindən imtina etməyi qərara alıb.
Mis.az xəbər verir ki, komandanın ev oyunlarını keçirdiyi "Martines Valero" stadionunda tum satışı və istifadəsinə qadağa qoyulub.
Səbəb kimi təmizlik xərclərinin artması və azarkeşlərin oyun zamanı çırtlayaraq atdıqları tum qabıqlarının yaratdığı antisanitariya göstərilib. Beləliklə, İspaniyada sevimli qəlyanaltı sayılan "pipas" tumları daha azarkeşlər üçün əlçatan olmayacaq.