Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Argentina sahillərində rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ qeydə alınıb.
Mis.az xəbər verir ki, bu barədə Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Uşuayya şəhərindən 291 km cənub-şərqdə Çilinin Punta Arenas şəhərindən 523 km cənub-şərqdə yerləşib. Zəlzələ episentri 10 kilometr dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.
Bundan əvvəl, Çilinin cənubunda rixter cədvəli üzrə 7,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar yerin 10 kilometr dərinliyində yerləşib. Zəlzələdən sonra Puerto Villiams və Antarktida üçün sunami xəbərdarlığı edilib.