Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Cənubi Azərbaycanın "Traktor" klubu tarix yazıb.
Mis.az xəbər verir ki, Təbriz klubu tarixində ilk dəfə İranın ən yüksək liqasında çempion adını qazanıb. 30-cu turda "Traktor" Qəzvin şəhərində yerli "Şams Azar"ı 4-0 hesabı ilə məğlub edib. 56 xalla ikinci yerdə qərarlaşan "Sepahan" klubu isə "Qol Qohar"a 1-2 hesabı ilə məğlub olub. Bununla da, xallarını 64-ə çatdıran "Traktor" çempionatın yekunlaşmasına iki tur qalmış çempion adını əldə edib.
Qeyd edək ki, "Traktor" klubu 1970-ci ildə yaradılıb. "Traktor" heç vaxt çempionu ola bilməmişdi.