Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Pekin ABŞ-nin tariflərlə bağlı danışıqlar təklifini dəyərləndirdiyini bəyan edib.
Mis.az xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, ABŞ-nin yüksək rütbəli rəsmiləri Çinlə tarif məsələsində danışıqlara hazır olduqları mesajını verərək, təşəbbüs göstəriblər. Məlumatda ABŞ-nin bu mövzuda istəklərini müvafiq kanallar vasitəsilə çatdırdıqları bildirilib.
Açıqlamada, "ABŞ həqiqətən danışmaq istəyirsə, səmimiyyət göstərməli, yanlış tətbiqləri düzəltməyə və birtərəfli tarif artımlarını ləğv etməyə hazır olmalı və bu mövzuda hərəkətə keçməlidir. ABŞ birtərəfli tarif siyasətini düzəltməkdən imtina edərsə, bu, qarşılıqlı etimadı daha da zədələyəcək” - deyə bildirilib.