Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() |
Beynəlxalq birjalarda brent markalı neftin bir barreli 62,37 dollara satılır.
Mis.az xəbər verir ki, bundan əvvəl 62,28 dollara kimi bahalaşan brent markalı neftin bir barelinin qiyməti daha da bahalaşıb. Eyni zamanda “West Texas Intermediate” (WTI) markalı xam neftin bir barreli 59,27 dollara alınıb. Məlumata görə, Çinin ABŞ-la yeni ticarət danışıqlarına açıq olduğunu deməsindən sonra birjalarda gərginlik nisbətən səngiyib. Dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsində yumşalma əlamətləri qlobal bazarlarda məmnunluqla qarşılanıb.
Çin Ticarət Nazirliyi ABŞ-nin təqdim etdiyi danışıqlar təklifinin dəyərləndirildiyini bəyan edib.